Kadi Borges “Qarabağ”dan ayrıla bilər, “Şirvan” və “Səbail”də maliyyə problemləri yaşanır

Arxiv fotosu; UEFA Avropa Liqası I təsnifat "Qarabağ" 3-0 "Vestri" (İslandiya)
PFL · Arxiv fotosu

II Liqada çıxış edən “Şirvan” maliyyə çətinlikləri ilə üzləşib. Sponsorlardan ikisi komandanın çıxışından narazı qalaraq maliyyə yardımını dayandırıb, bu da futbolçular qarşısında öhdəliklərin yerinə yetirilməsində problemlər yaradıb. Qış fasiləsində bəzi aparıcı oyunçuların komandadan ayrılması gözlənilir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov braziliyalı yarımmüdafiəçi Kadi Borgeslə yollarını ayırmağa hazırdır. Futbolçunun son aylardakı performansı rəhbərliyi qane etmir və ona yeni variantları dəyərləndirməsi məsləhət görülüb. Ağdam klubu oyunçu ilə qarşılıqlı razılıq əsasında vidalaşmağa və ya onu icarəyə verməyə hazırdır.

I Liqa təmsilçisi “Səbail”də böhran yaşanır. Klub rəhbəri Mirzə Bayrampurun sponsor vəsaitlərini necə xərclədiyi məlum deyil və o, kollektiv qarşısında öhdəliklərini yerinə yetirmir. Bayrampurun qış fasiləsində yüksək maaşlı oyunçuları göndərməyi planlaşdırdığı bildirilir, lakin futbolçuların uzunmüddətli müqavilələri və təzminat tələbi bu prosesi çətinləşdirir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6