Toral Bayramovun çıxış etdiyi “Bursaspor” səfərdə xal itirib

Arxiv fotosu; Toral Bayramov
AFFA · Arxiv fotosu

Türkiyə 1-ci Liqasının 16-cı turunda “Bursaspor” səfərdə “Vanspor”la qarşılaşıb və oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qonaqlar 27-ci dəqiqədə Emirhan Başyiğitin avtoqolu ilə hesabı açsa da, 38-ci dəqiqədə Keleçi İheanaço tarazlığı bərpa edib.

Azərbaycan millisinin üzvü Toral Bayramov matça start heyətində başlayıb və görüşü əvəzolunmadan tamamlayıb.

Xallarının sayını 36-ya çatdıran “Bursaspor” turnir cədvəlinə liderlik edir, 17 xalı olan “Vanspor” isə 16-cı pillədə qərarlaşıb.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6