Kəpəz Misli Premyer Liqasının XIII turunda Turan Tovuz-a məğlub olub

Kəpəz klubu Misli Premyer Liqasının XIII turu çərçivəsində səfərdə Turan Tovuz ilə qarşılaşıb. Gərgin keçən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 72-ci dəqiqəsində Hayderson Hurtado hesabı açıb. 84-cü dəqiqədə Əli Səmədova qarşı cərimə meydançasında edilən kobudluqdan sonra təyin olunan penaltini Şakir Seyidov dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Oyunun uzatma dəqiqələrində Joarlem Santosun vurduğu qol Turan Tovuz-a qələbə qazandırıb.

Kəpəz və Turan Tovuz komandaları 3 gündən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsində yenidən üz-üzə gələcəklər.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6