“Turan Tovuz”un heyətində “Kəpəz”lə oyun öncəsi ciddi itki yoxdu

“Turan Tovuz”un futbolçuları Aleksa Yankoviç, Alexandro Serrano, Enrike Silva və Jo Batista zədələrini sağaldaraq məşqlərə qayıdıblar. Baş məşqçi Kurban Berdıyev ehtiyac duyarsa, həmin oyunçular şənbə günü “Kəpəz”lə keçiriləcək qərb derbisində meydana çıxa biləcəklər.

Komandanın yeganə itkisi qırmızı vərəqə cəzası davam edən Xorxe Silva olacaq. Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma noyabrın 28-də saat 16:30-da başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6