“Sumqayıt”ın hücumçusu Jeam Oliveyra əməliyyat üçün Braziliyaya gedib

“Sumqayıt” klubunun hücumçusu Jeam Oliveyra əməliyyat olunmaq məqsədilə Braziliyaya yola düşüb.

32 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qəbələ” ilə matçda ağır zədə alıb və o vaxtdan bəri yaşıl meydanlardan kənarda qalıb.

Bu yay “Sumqayıt”a transfer olunan braziliyalı oyunçu cari mövsüm 6 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6