“Qəbələ-2” “Qarabağ-2”ni məğlub edərək liderliyini möhkəmlədib

Arxiv fotosu; AFFA officials visit Qarabağ FC Academy
AFFA · Arxiv fotosu

Əvəzedicilər liqasının X turunda “Qəbələ-2” öz meydanında “Qarabağ-2” komandasını 3:0 hesabı ilə məğlub edib.

Qələbəni təmin edən qolları 34-cü dəqiqədə Səbuhi Niftiyev (öz qapısına), 40-cı dəqiqədə Hüseyn Xasməmmədli və 90-cı dəqiqədə Ömər Kərimov vurub.

Bu nəticə ilə xallarını 28-ə çatdıran “Qəbələ-2” turnir cədvəlindəki liderlik mövqeyini möhkəmlədib.

Görüşdən əvvəl komanda üzvləri məşqdə zədələnən Ramin Əvəzova dəstək məqsədilə onun forması ilə xatirə şəkli çəkdiriblər.

“Qəbələ-2” I dövrənin son oyununu dekabrın 7-də səfərdə “Zirə-2”yə qarşı keçirəcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6