“Sabah” – “Barselona” oyunu Çempionlar Liqasında ən çox azarkeş toplayan matçlar siyahısına düşüb

UEFA Çempionlar Liqası "Sabah" 1-4 "Barselona" (İspaniya)
PFL

Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” qarşılaşması azarkeş sayına görə turun ən çox izlənilən üç oyunundan biri olub.

Bakı Olimpiya Stadionunda baş tutan və “Sabah”ın 1:4 hesablı məğlubiyyəti ilə bitən oyunu 66321 tamaşaçı izləyib.

Bu göstərici ilə qarşılaşma turun ən çox azarkeş toplayan oyunları siyahısında üçüncü pillədə qərarlaşıb.

Siyahıda birinci yerdə 76176 tamaşaçı ilə “Real” – PSV (5:1), ikinci yerdə isə 74003 tamaşaçı ilə “İnter” – “Ştutqart” (2:0) matçları yer alıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6