Toral Bayramovun çıxış etdiyi “Bursaspor” heç-heçə edib

Arxiv fotosu; Toral Bayramov
AFFA · Arxiv fotosu

Azərbaycan millisinin üzvü Toral Bayramovun formasını geyindiyi “Bursaspor” Türkiyə I Liqasında növbəti matçına çıxıb. Komanda səfərdə “Vanspor”la qarşılaşıb.

Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Toral Bayramov matça start heyətdə başlayıb və sonadək meydanda qalıb.

“Bursaspor” hazırda 36 xalla çempionatın turnir cədvəlinə başçılıq edir.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6