Əhməd Ticani Azərbaycandakı karyerasını və Qusar günlərini xatırlayıb

“Şahdağ” və “Bakı” klublarının sabiq hücumçusu Əhməd Ticani Azərbaycanda keçirdiyi illəri xoş xatirələrlə yad edib. O, 18 yaşında Nigeriyadan gələrək Qusar təmsilçisi ilə müqavilə bağladığını və orada özünü çox rahat hiss etdiyini bildirib.

Ticani 2005/06 mövsümündə “Şahdağ”ın heyətində 15 qol vuraraq bombardirlər siyahısında ikinci yeri tutub. Daha sonra “Bakı”ya keçən hücumçu ölkə çempionluğu və kubokunu qazanıb, həmçinin “Neftçi”yə qarşı het-trik edib.

Karyerasını başa vuran və hazırda Misirdə menecerliklə məşğul olan sabiq futbolçu Qusarın təbiəti və insanların qonaqpərvərliyi üçün darıxdığını qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6