“Qarabağ” Rey Manajı transfer etməyi planlaşdırır

“Qarabağ” Albaniya millisinin hücumçusu Rey Manajı heyətinə qatmaq variantını nəzərdən keçirir.

Hazırda klubsuz olan futbolçu qış transfer pəncərəsinə qədər yeni komanda tapmasa, Ağdam təmsilçisi ona müqavilə təklif edə bilər.

Karyerası ərzində “İnter”, “Barselona”, “Sivasspor” və “Uotford” kimi klublarda çıxış etmiş mərkəz hücumçusu hazırda azad agent statusundadır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6