Aleksey Kaşuk Ukrayna klublarının maraq dairəsindədir

“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşukun Ukraynaya qayıtması ilə bağlı iddialar davam edir. 26 yaşlı vingerlə Ukrayna Premyer Liqasının iki təmsilçisi – “Polesye” və “Xarkov” maraqlanır.

Hər iki klub futbolçunun transferi üçün danışıqlara başlayıb. Hazırda tərəflər üçün əsas maneə Kaşukun “Qarabağ”da aldığı maaşdır və klub rəhbərlikləri bu məbləği qarşılamaq üçün variantlar axtarır.

Aleksey Kaşukun “Qarabağ”la olan müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6