Joan Laporta Bakıda “Barselona” azarkeşləri ilə görüşüb

UEFA Çempionlar Liqası "Sabah" 1-4 "Barselona" (İspaniya)
PFL

“Barselona”nın prezidenti Joan Laporta Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Sabah”la keçiriləcək oyunla bağlı Bakıya səfəri çərçivəsində klubun azarkeşləri ilə bir araya gəlib.

Laporta Bakıda “Barselona”ya olan sevgini hiss etməkdən məmnunluğunu bildirib və bu dəstəyin komandaya güc verdiyini qeyd edib.

Klub rəhbəri dünyanın hər yerindəki azarkeşlərlə fəxr etdiklərini və bu sevginin “Barselona”nı daha da güclü etmək üçün çalışmağa kömək etdiyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6