Entoni Qordon Çempionlar Liqasında yeni rekorda imza atıb

“Barselona”nın hücumçusu Entoni Qordon Çempionlar Liqası tarixində bir təqvim ili ərzində eyni ölkədəki səfər matçlarında ən çox qol vuran oyunçu olub.

İngiltərəli futbolçu “Sabah”la oyunda etdiyi dublla Azərbaycanda cari il ərzində vurduğu qolların sayını 6-ya çatdırıb.

Qordon bununla Kriştianu Ronaldu və Kərim Benzemanın göstəricisini geridə qoyub. Ronaldu 2013-cü ildə Türkiyədə, Benzema isə 2022-ci ildə İngiltərədə 5 qol vurmuşdu.

Hücumçu daha əvvəl “Nyukasl”ın heyətində “Qarabağ”a qarşı keçirdiyi oyunlarda da 4 qol vurmuşdu.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6