İspaniyalı menecer Azərbaycan futbolunun potensialını və dörd oyunçunu dəyərləndirib

İspaniyalı futbol meneceri Xavi Bonaventura Sans Azərbaycan futbolunun inkişaf perspektivləri və yerli oyunçuların İspaniya çempionatında çıxış etmək imkanları barədə fikirlərini bölüşüb.

Menecer Mahir Emreli, Emin Mahmudov, Elvin Cəfərquliyev və Toral Bayramovun adlarını çəkərək, bəzi azərbaycanlı futbolçuların fərdi keyfiyyətlərinə görə İspaniya La Liqası və ya Birinci Liqada oynamaq potensialına malik olduğunu bildirib.

Xavi Bonaventura Sans Azərbaycan futbolunu inkişaf etməkdə olan bazar kimi qiymətləndirib və ölkədə infrastrukturun inkişafı ilə beynəlxalq arenada tanınmaq istiqamətində atılan addımların diqqət çəkdiyini qeyd edib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6