Umarali Rahmonaliyev karyerasını Qərbi Avropada davam etdirmək istəyir

“Sabah”ın yarımmüdafiəçisi Umarali Rahmonaliyev Qazaxıstan klublarının təkliflərinə baxmayaraq, karyerasını Qərbi Avropada davam etdirməyi planlaşdırır.

Futbolçunun transferi ilə bağlı məlumatlı mənbə Qazaxıstan klublarının hazırkı mərhələdə futbolçunu heyətinə qatmaq şansının olmadığını bildirib.

Rahmonaliyevin UEFA Çempionlar Liqasında təcrübəsinin olması onun Avropa klublarına keçid ehtimalını artırır.

“Sabah” 23 yaşlı oyunçunu bu ilin yanvarında 400 min avro qarşılığında transfer edib və tərəflər arasında müqavilə 2028-ci ilin sonuna qədər qüvvədədir.

Özbəkistanlı futbolçu həmçinin DÇ-2026 üçün millisinin genişləndirilmiş heyətinə daxil edilib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6