Zurab Oçiqava Polşada məşqçilik karyerasına başlayıb

Azərbaycanın “Sabah” və “Qəbələ” klublarının sabiq legioneri Zurab Oçiqava məşqçilik fəaliyyətinə start verib.

2025-ci ildə futbolçu karyerasını bitirən ukraynalı müdafiəçi Polşanın “Lexiya” klubu ilə anlaşıb.

Oçiqava Vladislav Lupaşkonun rəhbərlik etdiyi məşqçilər korpusunda köməkçi məşqçi kimi çalışacaq.

Yeni vəzifəsində o, rəqiblərin oyununun təhlili və futbolçuların fərdi inkişafı ilə məşğul olacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6