Zirə və Qəbələ matçında Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib

Arxiv fotosu; Ölkə çempionatına qələbə ilə başladıq
Zirə PFK · Arxiv fotosu

Misli Premyer Liqasının XI turu çərçivəsində baş tutan “Zirə” – “Qəbələ” oyununda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan aksiya təşkil edilib.

AFFA-nın mətbuat xidmətinin məlumatına görə, qurumun Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin təşkilatçılığı və klubların dəstəyi ilə keçirilən tədbirdə 3 saylı uşaq tərbiyə müəssisəsinin sakinləri futbolçuları meydana müşayiət ediblər.

Uşaqlar meydana Azərbaycan bayrağı və üçrəngli bayrağımızın rənglərini əks etdirən formalarla çıxıblar, həmçinin klub rəhbərlikləri tərəfindən onlara hədiyyələr təqdim olunub.

Aksiyanın məqsədi uşaqlara qayğı göstərmək, eləcə də onlarda milli dəyərlərə və dövlət rəmzlərinə hörmət hissini gücləndirməkdir.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6