“Qarabağ” rəhbərliyi yeni transferlər üçün Qurban Qurbanova 2,5 milyon dollar büdcə ayırıb

Arxiv fotosu; Qurban Qurbanov
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ” rəhbərliyi Premyer Liqanın ilk dövrəsindəki qeyri-sabit çıxış səbəbindən qış transfer pəncərəsində heyəti gücləndirmək qərarına gəlib. Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov bu məsələdə həmrəydir.

Yeni oyunçuların transferi üçün klub tərəfindən 2,5 milyon dollar civarında ekstra büdcə ayrılıb.

Qurban Qurbanov transfer çalışmalarının davam etdiyini və heyəti genişləndirmək istədiklərini bildirib. Baş məşqçi vurğulayıb ki, bu addım mövcud heyətə olan inamsızlıqdan irəli gəlmir və komanda hazırkı heyətlə də keyfiyyətli oyun göstərməyə qadirdi.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6