Natan Saliba “Sabah”la oyunu buraxacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”ın rəqibi olan “Vilyarreal”ın yarımmüdafiəçisi Natan Saliba əməliyyat olunacaq.

Kanadalı futbolçu ötən cümə günü məşq zamanı sol topuğunun bağından zədə alıb və Madriddə əməliyyat ediləcək.

Salibanın təxminən üç ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu səbəbdən o, dekabrın 8-də İspaniyada keçiriləcək “Vilyarreal” - “Sabah” matçında iştirak edə bilməyəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6