Regionlarda çalışan məşqçilər üçün D kateqoriyalı kurslar keçirilir

AFFA-nın dəstəyi və Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib.

Təlimlərdə paytaxtla yanaşı, müxtəlif regionları təmsil edən 18 məşqçi iştirak edir.

Tədris prosesi Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

Üç gün davam edəcək kursda iştirakçılara məşqçilik fəaliyyəti üzrə nəzəri və praktiki biliklər tədris olunacaq.

Proqramı uğurla bitirən məşqçilərə kursun sonunda AFFA-nın D kateqoriyalı lisenziyaları veriləcək.

Bu haqda rəsmi mənbə

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6