Frenki de Yonq: "Sabah"la matç bizim üçün məşq kimi ola bilər"

Arxiv fotosu; Valdas Damrbrauskas "Orhus"la oyunu şərh etdi
Sabah FK · Arxiv fotosu

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqası çərçivəsində “Sabah”a qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

Niderlandlı futbolçu rəqibin müdafiəyə çəkiləcəyini gözlədiyini və qalib gəlmək üçün daha yaxşı oynamalı olduqlarını bildirib. De Yonq “Sabah”la qarşılaşmanın onlar üçün məşq kimi ola biləcəyini qeyd edib.

Zədəsini sağaldaraq heyətə qayıdan yarımmüdafiəçi özünü yaxşı və özgüvənli hiss etdiyini vurğulayıb.

De Yonq Lamin Yamalın yoxluğunun hiss olunacağını, lakin komandada onu əvəz edə biləcək çoxlu oyunçunun olduğunu bildirib.

Futbolçu bir həftədə 2-3 oyun keçirməkdən ibarət ağır qrafikə öyrəşdiklərini və matçlara yaxşı hazırlaşdıqlarını qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6