Misli Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb

Arxiv fotosu; 200-cü heç-heçə
PFL · Arxiv fotosu

Misli Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşib və bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Dekabrın 19-da “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Şamaxı” ilə qarşılaşacaq.

Dekabrın 20-də “Zirə” Zirə İdman Kompleksində “Turan Tovuz”u, “Neftçi” isə “Palms Sports Arena”da “Qəbələ”ni qəbul edəcək.

Dekabrın 21-də “İmişli” Yevlax şəhər stadionunda “Sabah”la, “Şəfa” isə “SOCAR Polymer Arena”da “Qarabağ”la üz-üzə gələcək.

Turun sonuncu matçında dekabrın 22-də “Sumqayıt” Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edəcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6