Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb

Arxiv fotosu; “Zəfər turu”ndakı oyunumuza hazırlıq başa çatdı
Neftçi PFK · Arxiv fotosu

Peşəkar Futbol Liqası Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəlini təsdiqləyib. Mərhələnin hər cütü bir oyundan ibarət olacaq.

Dekabrın 1-də “Karvan-Yevlax” Yevlax şəhər stadionunda “Zirə”ni, “Sabah” “Sabah Arena”da “İmişli”ni, “Turan Tovuz” isə Tovuz şəhər stadionunda “Kəpəz”i qəbul edəcək.

Dekabrın 2-də keçiriləcək görüşlərdə “Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Marafon”la, “Qəbələ” öz meydanında “Şahdağ Qusar”la, “Neftçi” “Palms Sports Arena”da “Şəfa” ilə, “Gəncəbasar” Gəncə şəhər stadionunda “Şamaxı” ilə, “Sumqayıt” isə Mehdi Hüseynzadə adına stadionda “Qarabağ”la qarşılaşacaq.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6