Hans Flik: “Sabah” futbol oynamağı sevən komandadır

UEFA Çempionlar Liqasının V turunda “Sabah”ın qonağı olacaq “Barselona”nın baş məşqçisi Hans Flik rəqibini yüksək qiymətləndirib. Flik “Sabah”ı futbol oynamağı sevən və konkret çərçivədə çıxış edən komanda kimi xarakterizə edib.

Kataloniya təmsilçisinin çalışdırıcısı “Sabah”ı La Liqa səviyyəsində komanda hesab etdiyini bildirib. O, rəqibin oyun fəlsəfəsinə hörmətlə yanaşdıqlarını və matça ciddi hazırlaşdıqlarını qeyd edib.

Flik Lamin Yamalın Bakıya gətirilməməsinə də aydınlıq gətirib. Baş məşqçi oyunçunun İspaniyada qalmasının daha məqsədəuyğun olduğunu və komandanın onsuz da oynamağa hazır olduğunu vurğulayıb.

Gərgin oyun qrafiki səbəbindən heyətdə dəyişikliklərin ola biləcəyini istisna etməyən Flik, futbolçularının sabahkı matça tam motivasiya olduğunu bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6