“Şəfa” “Neftçi” ilə oyunu “Baku Arena”da keçirə bilər

Arxiv fotosu; Kenan Piriç
Neftçi PFK · Arxiv fotosu

“Şəfa” klubu “Neftçi” ilə qarşılaşmanı “Baku Arena”da təşkil etməyi planlaşdırır. Hazırda stadionda son tamamlanma işləri aparılır və klub əməkdaşları arenanı matça çatdırmaq üçün səfərbər olunub.

Təmirə bağlanan stadionda yeni süni örtük döşənib və digər zəruri işlər görülüb. Bütün işlərin qarşılaşma gününə qədər yekunlaşdırılması nəzərdə tutulur.

“Şəfa” cari mövsümün ilk 12 turundakı ev oyunlarını “SOCAR Polimer Arena”da keçirib. Əgər son anda bir problem yaranmazsa, dekabrın 7-də saat 19:00-da başlayacaq “Şəfa” - “Neftçi” görüşü “Baku Arena”da baş tutacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6