Murad Məmmədov “Pafos”un Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib

Arxiv fotosu; Murad Məmmədov
Arxiv fotosu

Murad Məmmədov “Pafos”un Konfrans Liqası üçün sifariş ərizəsinə daxil edilib. Baş məşqçi Rikardo Sa Pinto yarışın əsasnaməsindən istifadə edərək, zədələnən Mumi Nqamaleunun əvəzinə azərbaycanlı vingeri seçib.

Kamerunlu futbolçu zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq. Məmmədovun indiyədək az oyun vaxtı qazanması fonunda bu qərar maraqlı seçim kimi qiymətləndirilir.

Daha əvvəl sifariş ərizəsinə Məmmədov və ya Zaqenin daxil ediləcəyi bildirilirdi, lakin yekunda seçim azərbaycanlı futbolçunun xeyrinə olub. “Pafos” noyabrın 26-da Konfrans Liqasında “Mityülland”ı qəbul edəcək.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6