Xankəndi stadionunda çempionat matçında ilk qolun müəllifi İbrahim Əliyev oldu

Yenilənən Xankəndi stadionu I Liqanın 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Karvan-Yevlax” matçı ilə ilk dəfə azarkeşlərə qapılarını açdı. Qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Torpaqların işğaldan azad olunmasından sonra Xankəndi stadionunda çempionat oyunlarında ilk qolu İbrahim Əliyev vurub. 27 yaşlı hücumçu qolu vurduqdan sonra kövrəldiyini və bu anı yaşamaqdan qürur duyduğunu bildirib.

İbrahim Əliyev oyunun gərgin keçdiyini və matçın sonlarına yaxın zədələndiyini qeyd edib. Başının gicəllənməsi səbəbindən oyunu davam etdirə bilməyən futbolçu yerini 15 yaşlı Ramil İsmayıllıya verib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6