“Zəngəzur”un baş məşqçisi: AFFA bizi səhv məlumatlandırıb

UEFA Regionlar Kubokunda Azərbaycanı təmsil edən “Zəngəzur” turnirin ilk oyununda Polşanın “Dolnoşlyonski” komandasına 0:12 hesabı ilə məğlub olub.

Baş məşqçi Vüsal Səfərov bildirib ki, klubun əsas heyəti AFFA-nın yanlış məlumatlandırması səbəbindən Türkiyəyə gedə bilməyib. AFFA nümayəndələri klub rəsmilərinə 2-ci liqa oyunçularının reqlamentə görə turnirdə iştirak edə bilməyəcəyini deyiblər, lakin sonradan bu liqaların peşəkar status daşımadığı və futbolçuların iştirakının mümkün olduğu məlum olub.

Nəticədə Türkiyədə tələm-tələsik yeni heyət formalaşdırılıb. Rəqib komanda “Dolnoşlyonski”nin üzvləri “Zəngəzur”un əsas heyətini gözlədiklərini və onları əsas rəqib kimi analiz etdiklərini bildiriblər.

Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov yasda olduğu üçün məsələyə münasibət bildirməyib.

Google-a əlavə et

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6