Umarali Raxmonaliyev: “Sabah yaxşı oyun olacağına inanıram”

“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Barselona” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.

Raxmonaliyev qarşılaşmada 100 faizdən artıq güclərini ortaya qoyacaqlarını və azarkeşlərin qürur duyacağı performans sərgiləyəcəklərini bildirib.

Futbolçu özbəkistanlı jurnalistlərin onu izləmək üçün gəlməsindən məmnunluğunu ifadə edib və yaxşı oyun olacağına inandığını qeyd edib.

“Sabah” və “Barselona” arasında Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6