“Qarabağ”ın cari mövsümdəki məhsuldarlıq göstəricisi aşağı düşüb

Arxiv fotosu; 1000-ci oyunda 2 qollu qələbə
Qarabağ FK · Arxiv fotosu

Misli premyer-liqasının 12-ci turunda “Kəpəz”lə qarşılaşan “Qarabağ” ardıcıl 5-ci oyunda qələbə qazana bilməyib. Komanda həmçinin ardıcıl 4-cü matçda rəqib qapısına yol tapa bilməyib.

Ağdam təmsilçisi cari mövsümdə keçirdiyi 11 matçda cəmi 14 qol vurub. Ötən mövsüm hər matç üçün orta məhsuldarlıq 2,2 qol təşkil etdiyi halda, hazırda bu rəqəm 1,2-yə düşüb.

Komandanın vurduğu 14 qoldan 4-ü Aleksey Kaşukun, 3-ü Renaldo Sefasın, 2-si Jali Muaddibin payına düşür. Marko Yankoviç, Xoni Montiel, Kadi Borges və Musa Qurbanlı hərəyə 1 dəfə fərqlənib, bir qol isə avtoqol olub.

Yayda transfer edilən hücumçu Zakaria Savo hələ məhsuldar hərəkətlə yadda qalmayıb. “Qarabağ”ın keçmiş oyunçusu Kamilo Duran isə cari mövsümdə çıxış etdiyi 22 oyunda 14 qol vurub və 8 məhsuldar ötürmə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6