Misli Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb

Arxiv fotosu; Mövsümdə ilk qələbə
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Misli Premyer Liqasında XV turun oyun cədvəli müəyyənləşib və bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Dekabrın 11-də “Şamaxı” - “Sumqayıt” matçı Şamaxı şəhər stadionunda saat 14:00-da, “Qəbələ” - “Kəpəz” qarşılaşması isə Qəbələ şəhər stadionunda saat 16:30-da başlayacaq.

Dekabrın 13-də “Qarabağ” “Azersun Arena”da “Zirə”ni qəbul edəcək, “Sabah” isə “Sabah Arena”da “Şəfa” ilə qarşılaşacaq.

Turun son oyunları dekabrın 14-də keçiriləcək: “Turan Tovuz” Tovuz şəhər stadionunda “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6