Joao Oliveyra: “Qol epizodlarımız oldu, amma rəqib yararlanmağa imkan vermədi”

“Şamaxı”nın müdafiəçisi Joao Oliveyra “Turan Tovuz”la oyundakı məğlubiyyəti şərh edərkən komandasının qol epizodları yaratmağa çalışdığını, lakin rəqibin yaxşı müdafiə olunduğunu bildirib.

Futbolçu qeyd edib ki, ikinci hissədə rəqibin 10 nəfərlə qalmasından sonra bərabərlik qolunu vurmağa yaxın olsalar da, buna nail ola bilməyiblər.

Oliveyra komandada hər hansı problem olmadığını, hər matçda qələbə üçün çalışdıqlarını və milli fasiləni məşqlərlə səmərəli keçirdiklərini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6