“Sabah” Misli Premyer Liqasında müdafiə rekordunu təkrarlayıb

Rekord təkrarlandı: 10 ildən sonra
PFL

“Sabah” Misli Premyer Liqasının cari mövsümündə keçirdiyi ilk 8 matçda rəqiblərinə cəmi 1 dəfə fərqlənməyə imkan verib. Paytaxt təmsilçisi hər oyuna orta hesabla 0,125 qol buraxmaqla turnir tarixinin ən yaxşı müdafiə göstəricilərindən birini nümayiş etdirir.

Bu nəticə 1992-ci ildən bəri keçirilən çempionatda ümumilikdə 5-ci, son 10 mövsümdə isə ilk dəfə qeydə alınıb. Sonuncu dəfə 2016/17 mövsümündə “Qəbələ” ilk 8 turda yalnız 1 top buraxmışdı. Daha əvvəl isə 2001/02 mövsümündə “Neftçi”, 6 il sonra AZAL, 9 il sonra isə “Xəzər Lənkəran” analoji rekorda imza atmışdı.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6