Zirənin legioneri Anje Mutsinzi zədələnib

Zirənin legioneri Anje Mutsinzi zədələnib

Zirə klubunun müdafiəçisi Anje Mutsinzi Ruanda millisinin heyətində çıxış edərkən zədələnib.

Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mali ilə keçirilən oyuna start heyətində başlayan Mutsinzi 77-ci dəqiqədə zədə səbəbindən meydanı tərk edib və onu Tierri Manzi əvəzləyib.

Ruanda millisi sözügedən matçda Maliyə 1:2 hesabı ilə məğlub olub və hazırda 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6