“Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb

Arxiv fotosu; Rəşad Sadıqov
PFL · Arxiv fotosu

“Neftçi” Misli Premyer Liqasının XIII turunda “Zirə” ilə keçirəcəyi qarşılaşmanın biletlərini satışa çıxarıb.

Biletlərin qiyməti 2, 3 və 15 manat təşkil edir. Onları klubun mobil tətbiqi və ya “bilet.neftchi.az” saytı vasitəsilə onlayn əldə etmək mümkündü.

Noyabrın 27-də baş tutacaq oyun saat 19:00-da başlayacaq. Hazırda 27 xalı olan “Neftçi” turnir cədvəlinə liderlik edir, 20 xalı olan “Zirə” isə 5-ci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6