“Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılır

Arxiv fotosu; Doğma meydanda böyükhesablı qələbə!
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasının 13-cü turunda noyabrın 27-si saat 19:00-da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri mərhələli şəkildə satışa çıxarılır.

İlkin mərhələdə “Qərb 2” sektoru 2 AZN, “Banişevski alt” 3 AZN, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları isə 15 AZN qiyməti ilə satışa açılır.

Digər sektorlar üçün biletlər sonradan satışa çıxarılacaq və bu barədə əlavə məlumat veriləcək.

Biletləri “Neftçi”nin mobil tətbiqi və rəsmi bilet saytı vasitəsilə onlayn, oyun günü isə saat 14:00-dan etibarən stadionun kassasından əldə etmək mümkündü.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6