Toral Bayramov “Zirə”nin təklifini rədd edib

“Bursaspor”da çıxış edən Toral Bayramov “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun transfer təklifini qəbul etməyib.

Futbolçu Azərbaycana qayıtmaq istəmədiyini və legioner həyatını davam etdirmək niyyətində olduğunu bildirib.

Toral Bayramov cari mövsümdə “Bursaspor”un heyətində 15 matçın 4-də start heyətində yer alıb, ümumilikdə 426 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə edib.

Yayda “Bursaspor”la üçillik müqavilə imzalayan futbolçunun qış fasiləsində klubunu dəyişəcəyi gözlənilir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6