Misli Premyer Liqasının 11-ci turunda ev və səfər oyunlarının statistikası

Arxiv fotosu; “Azersun Arena”da 1 qol
Qarabağ FK · Arxiv fotosu

Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ” cari mövsüm öz meydanında ilk məğlubiyyətini “Turan Tovuz”a qarşı alıb. Ağdamlılar “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.

“Neftçi”, “Zirə” və “Sabah” öz meydanlarında məğlubiyyətsizlik seriyasını davam etdirirlər. “Zirə” 7-ci, digər iki komanda isə 5-ci ev oyununda uduzmayıb.

“Şəfa” və “Araz-Naxçıvan” arasında keçirilən və 2:2 hesabı ilə bitən matçda hər iki komanda cari mövsüm ilk dəfə xal qazanıb. Bu nəticəyə qədər hər iki klub ardıcıl 4 məğlubiyyət almışdı.

“Sumqayıt” səfərdə qələbə qazana bilməyən komandalar sırasındadır. “Kimyaçılar” qonaq olduğu 4 görüşün heç birində 3 xal əldə etməyib.

Çempionatın ilk dövrəsinin yekununa görə, “Turan Tovuz”, “Sabah”, “Zirə” və “Neftçi” evdə, “Qarabağ” isə səfərdə məğlub olmayıb. “Araz-Naxçıvan” hələlik qələbə qazanmayıb, “Şəfa” evdə, “Zirə” və “Sumqayıt” isə səfərdə rəqiblərini üstələyə bilməyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6