Misli Premyer Liqası: “Kəpəz” səfərdə “Şəfa”nı məğlub edib

Misli Premyer Liqasının IX turunda “Kəpəz” səfərdə “Şəfa” ilə qarşılaşıb. Görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 20-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Viktor Stina penaltini qola çevirə bilməyib. İkinci hissənin 55-ci dəqiqəsində “Şəfa”nın heyətində Maudo Jarjue hesabı açıb. 74-cü dəqiqədə Şakir Seyidov penalti zərbəsi ilə hesabı bərabərləşdirib, 80-ci dəqiqədə isə Benito “Kəpəz”ə qələbə qazandıran qolu vurub.

Bu qələbədən sonra xallarının sayını 14-ə çatdıran “Kəpəz” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6