“Şəfa” futbolçuları və baş məşqçisi hakim qərarlarından narazıdır

“Şəfa” futbolçuları və baş məşqçisi hakim qərarlarından narazıdır

“Şəfa” ardıcıl 4-cü oyundur ki, hesabda önə keçməsinə baxmayaraq qələbə qazana bilmir. Komandanın uğursuzluğunda futbolçuların qol imkanlarını dəyərləndirə bilməməsi və şanssızlıqla yanaşı, hakim qərarlarının da rolu olduğu bildirilir.

Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Kəpəz”lə matçda “Şəfa”nın qapısına təyin olunan penaltinin səhv olduğunu təsdiqləyib. Bundan başqa, “Sumqayıt” və “Araz-Naxçıvan”la oyunlarda da komandanın xeyrinə penalti verilmədiyi iddia olunur.

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov “Araz-Naxçıvan”la görüşdən sonra referilərdən açıq şikayət edib. Müdafiəçi Nihad Quliyev isə VAR sisteminin epizodlara düzgün reaksiya vermədiyini və komandanın çıxılmaz vəziyyətdə qaldığını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6