“İmişli” Misli Premyer Liqasında 10-cu qələbəsini qazanıb

10-cu qələbə
PFL

Misli Premyer Liqasının IX turunda “Şamaxı” ilə qarşılaşan “İmişli” 2:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə komanda Premyer Liqadakı 42-ci oyununda 10-cu qələbəsinə imza atıb.

Premyer Liqada ikinci mövsümünü keçirən “İmişli” qazandığı 10 qələbədən 2-sini ev, 8-ini isə səfər oyunlarında əldə edib. Klub turnir tarixində ən azı 10 qələbə qazanan 52-ci komanda olub.

Komandanın Premyer Liqadakı ilk qələbəsi 2025-ci il avqustun 31-də “Sabah”a qarşı səfər matçında 1:0 hesablı nəticə ilə qeydə alınıb.

Bu haqda rəsmi mənbə

PFL
10-cu qələbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6