Premyer Liqanın 12-ci turunda cəzalı futbolçu olmayacaq

Oyun başa çatıb. Nəticəyə bax

Azərbaycan Premyer Liqasının 12-ci turu ərəfəsində bütün komandaların baş məşqçiləri tam heyətlə işləmək imkanı qazanıb. Həftəsonu keçiriləcək oyunlarda cəzalı futbolçu yoxdur.

Əvvəlki turlardan fərqli olaraq, bu dəfə bütün oyunçular qarşıdakı matçlara hazırlaşa biləcək. O cümlədən, “Turan Tovuz”la oyunda aldığı qırmızı vərəqə səbəbindən iki matçı buraxan “Neftçi”nin müdafiəçisi İqor Ribeyro “Araz-Naxçıvan”la görüşdə iştirak edə biləcək.

Noyabrın 20-də “İmişli” – “Zirə” və “Sumqayıt” – “Sabah”, noyabrın 21-də “Şamaxı” – “Turan Tovuz” və “Şəfa” – “Qəbələ”, noyabrın 22-də isə “Araz-Naxçıvan” – “Neftçi” və “Kəpəz” – “Qarabağ” qarşılaşmaları baş tutacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6