“İmişli”də baş məşqçi axtarışı: Ervins Perkonsun uğurlu sınağı

Arxiv fotosu; Ervins Perkons
Arxiv fotosu

“İmişli” oktyabrın 10-da “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçi Fərid Namazovla yollarını ayırıb. Namazov yayda gəldiyi komandada 7 tur ərzində cəmi 4 xal toplaya bilib.

Komandanın müvəqqəti rəhbərliyi latviyalı köməkçi məşqçi Ervins Perkonsa həvalə olunub. Perkonsun rəhbərliyi altında “İmişli” “Turan Tovuz” və “Şamaxı” üzərində qələbə qazanıb, “Kəpəz”ə uduzub, “Sumqayıt”la isə heç-heçə edib. Ümumilikdə, o, 4 çətin qarşılaşmada 7 xal toplayıb.

Latviyalı mütəxəssis həmçinin ölkə kubokunun ikinci təsnifat mərhələsində “Qaradağ Lökbatan”ı 4:1 hesabı ilə məğlub edərək komandanı növbəti mərhələyə daşıyıb.

Mənbəyə görə, göstərilən nəticələr və meydandakı oyun Perkonsun baş məşqçi vəzifəsinə layiq olduğunu göstərir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6