Azərbaycan Kubokunun II təsnifat mərhələsində növbəti oyunlar keçirilib

Arxiv fotosu; 10-cu qələbə
PFL · Arxiv fotosu

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin ikinci oyun günündə beş qarşılaşma keçirilib. “Şahdağ Qusar” MOİK-i 9:1, “Şəfa” isə “Ağstafa Gəncləri”ni 9:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.

Digər oyunlarda “Şamaxı” “Hypers”i 5:1, “İmişli” “Qaradağ Lökbatan”ı 4:1, “Kəpəz” isə “Baku Sportinq”i 3:1 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Ötən gün keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Şimal”ı 6:0, “Marafon” “Zaqatala”nı 1:0, “Sumqayıt” “Kür-Araz”ı 11:0, “Qəbələ” “Mingəçevir”i 3:0 hesabı ilə məğlub edib. “Zirə” və “Səbail” arasında keçirilən matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə 3:2 hesabı ilə “Zirə” qalib gəlib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6