Əvəzedicilər Liqasında turnir cədvəlinin vəziyyəti bəllidi

Əvəzedicilər Liqasında turnir cədvəlinin vəziyyəti bəllidi

Əvəzedicilər Liqasında 9 tur arxada qalıb və “Qəbələ” 25 xalla turnir cədvəlinə liderlik edir. Bölgə təmsilçisi 8 qələbə və 1 heç-heçə ilə ən yaxın izləyicisi “Qarabağ”ı 4 xal qabaqlayır.

Maksim Medvedevin rəhbərlik etdiyi “Qarabağ-2” 8 oyunda 21 xal toplayıb. Komanda 7 qələbə və 1 məğlubiyyətlə turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Adino Mustedanaqiçin çalışdırdığı “Sabah” 16 xalla üçüncü yerdədi. “Bayquşlar”ın ehtiyatda iki oyunu var.

“İmişli” 9 oyunda 3 heç-heçə və 6 məğlubiyyətlə turnir cədvəlinin sonuncusudu. Komanda liqada qələbəsi olmayan yeganə kollektivdi.

Bombardirlər siyahısına 8 qolla “Qəbələ-2”nin futbolçusu Rəvan Əsədov başçılıq edir. Elton Mikayılov (“Qarabağ”) və Cuma Hüseynovun (“Qəbələ”) hərəsinin aktivində 6 qol var.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6