«Şəfa»nın hücumçusu Luis Felipe 6 ay yaşıl meydanlardan kənarda qalacaq

«Şəfa»nın hücumçusu Luis Felipe 6 ay yaşıl meydanlardan kənarda qalacaq

«Şəfa» klubunun yeganə hücumçusu Luis Felipe zədələnib. Braziliyalı futbolçu Premyer Liqanın 11-ci turunda «Araz-Naxçıvan»la keçirilən və 2:2 hesabı ilə başa çatan matçda xəsarət alıb.

Oyunun ilk hissəsində qasıq nahiyəsindən zədələnən forvard fasilədə əvəzlənib. MRT müayinəsindən sonra cərrahi müdaxiləyə ehtiyac duyulduğu bəlli olub və 26 yaşlı oyunçu yaxın günlərdə Braziliyada əməliyyat olunacaq.

Bu ilin yayında birillik müqavilə imzalayan Luis Felipe avqust ayında «Neftçi» ilə oyunda da zədə almış və təxminən 2 ay yaşıl meydanlardan kənarda qalmışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6