Azərbaycan kubokunun təsnifat mərhələlərində qol rekordu qeydə alınıb

Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
PFL

Azərbaycan Kubokunun 2026/27-ci illər mövsümündə təsnifat mərhələləri çərçivəsində keçirilən 18 oyunda 107 qol vurulub. Peşəkar Futbol Liqasının məlumatına görə, bu göstərici turnirin hazırkı formatında keçirilən təsnifat mərhələləri üçün rekorddur.

II təsnifat mərhələsinin 12 matçında 71 qol qeydə alınıb ki, bu da həmin mərhələ üçün indiki formatda ən yüksək göstəricidir. Mərhələnin orta məhsuldarlığı 5,92-yə bərabər olub. Müqayisə üçün, 2023/2024-cü illər mövsümündə 11 oyunda 41, 2024/2025-ci illər mövsümündə 11 oyunda 55, 2025/2026-cı illər mövsümündə isə 12 oyunda 49 qol vurulmuşdu.

I təsnifat mərhələsinin 6 oyununda 36 qol vurulub. 1/8 finala qədər olan mərhələlərdə əvvəlki mövsümlərdə müvafiq olaraq 58 (2023/2024), 80 (2024/2025) və 72 (2025/2026) qol qeydə alınmışdı.

II təsnifat mərhələsində aşağıdakı nəticələr qeydə alınıb: “Şimal” – “Araz-Naxçıvan” (0:6), “Marafon” – “Zaqatala” (1:0), “İmişli” – “Qaradağ Lökbatan” (4:1), “Kür-Araz” – “Sumqayıt” (0:11), “Qəbələ” – “Mingəçevir” (3:0), MOİK – “Şahdağ Qusar” (1:9), “Xankəndi” – “Gəncəbasar” (2:3), “Hypers” – “Şamaxı” (1:5), “Şəfa” – “Ağstafa Gəncləri” (9:2), “Zəngəzur” – “Karvan-Yevlax” (1:4), “Səbail” – “Zirə” (2:2, p.2:3), “Kəpəz” – “Baku Sportinq” (3:1).

Növbəti mərhələnin oyunları 1-2 dekabr tarixlərinə planlaşdırılıb.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6