“Baku Arena” FİFA sertifikatı alıb

“Baku Arena”da aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədi. Stadionun ot örtüyü yenilənib və “FIFA Quality” sertifikatı alınıb.

“Şəfa”nın mətbuat katibi Heybət Məmmədov bildirib ki, hazırda arenada Peşəkar Futbol Liqasının texniki tələblərinə uyğunlaşdırma işləri davam edir. Proses başa çatdıqdan sonra PFL təftiş keçirəcək və komanda ev oyunlarını yenidən Bakıda keçirə biləcək.

Hazırda “Şəfa” ev oyunlarını Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirir. Komandanın doğma stadiona qayıdacağı dəqiq tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6