Rəşad Sadıqov “Zirə”də 250-ci oyununu keçirib

Sadıqovla 250-ci oyun
PFL

Misli Premyer Liqasının IX turunda “Zirə”nin “Sumqayıt”la keçirdiyi və 3:2 hesablı qələbə ilə başa çatan matç baş məşqçi Rəşad Sadıqov üçün əlamətdar olub. Bu qarşılaşma mütəxəssisin “qəsəbə klubu”nda rəhbərlik etdiyi 250-ci oyun kimi qeydə alınıb.

2020-ci ilin iyulundan “Zirə”ni çalışdıran Rəşad Sadıqovun rəhbərliyi altında komanda 112 qələbə qazanıb, 76 heç-heçə edib və 62 dəfə məğlub olub. Bu müddətdə vurulan və buraxılan topların fərqi 316-237 təşkil edir.

Statistikaya əsasən, 250 oyunun 206-sı Premyer Liqa, 28-i ölkə kuboku, 16-sı isə avrokubok matçlarına təsadüf edib. Baş məşqçinin komandadakı debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər matçında (1:1) baş tutub.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6