Misli Premyer Liqasının X turunda “Kəpəz” və “İmişli” qarşılaşacaq

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasının X turu çərçivəsində “Kəpəz” öz meydanında “İmişli”ni qəbul edəcək. Görüş noyabrın 1-də saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.

“Kəpəz” qələbə qazanacağı təqdirdə turnir cədvəlində 5-ci pilləyə yüksələrək “Zirə”ni geridə qoyacaq və avrokubok mübarizəsinə qoşulacaq. “İmişli” isə bu matçda 3 xal qazanaraq autsayderlər zonasından uzaqlaşmağı hədəfləyir.

Turnir cədvəlində “Kəpəz” 14 xalla 6-cı, “İmişli” isə 10 xalla 8-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi son 6 oyundur məğlubiyyətlə üzləşmir. “İmişli” isə baş məşqçi Ervins Perkonsun rəhbərliyi altında keçirdiyi son iki qarşılaşmadan qələbə ilə ayrılıb.

Matçı Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək. VAR sistemində Rəşad Əhmədov, AVAR-da isə Kərim Zeynalov çalışacaq. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi isə Eldar Məmmədovdur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6